İyunun 1-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 2720 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 388, ikinci doza vaksinlərin sayı 344, üç və daha çox doza vaksinlərin sayı 1788, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 200-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 726 min 166, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 348 min 193, ikinci mərhələ üzrə 4 milyon 849 min 219, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 282 min 722, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 246 min 32-dir.