logo

“Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqə üçün müraciət edən QHT-lərin təqdimatları dinlənilib

18:19 26-05-2022 | icon 3010
“Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqə üçün müraciət edən QHT-lərin təqdimatları dinlənilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən elan edilən “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqə üçün müraciət edən Qeyri-Hökumət Təşkilatlarının layihələrinin təqdimatları dinlənilib.
 
YeniAvropa xəbər verir ki, bu barədə Agentlikdən bildirilib.

Qeyd edilib ki, təqdimatlar zamanı QHT-lər müsabiqəyə təqdim etdikləri layihələr haqqında geniş məlumat verərək, ekspertlərin layihə ilə bağlı suallarını cavablandırıblar.

Məlumat üçün bildirək ki, təqdimata seleksiya prosesindən keçən, ekspertlər tərəfindən forma və məzmun etibarilə qruplaşdırılmış layihələr dəvət edilib.