logo

İlham Əliyev və xanımı Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər

12:58 26-05-2022 | icon 3136
İlham Əliyev və xanımı Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər.

YeniAvropa xəbər verir ki, dövlət başçısı və birinci xanım Füzuli rayonunda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış olub, Cəbrayıl rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və “Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak ediblər.