logo

Şimal bölgəsinə 20 santimetrədək qar yağıb

10:30 25-05-2022 | icon 7091
Şimal bölgəsinə 20 santimetrədək qar yağıb

Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə 20 santimetrədək qar yağıb.

YeniAvropa xəbər verir ki, bu barədə Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib.

Qeyd edilib ki, Qırız kəndində qarın hündürlüyü 14 santimetr, Xınalıq kəndində isə  10 santimetr hündürlüyündə qar var.

Dağlıq ərazilərdə temperatur mənfi 1 dərəcəyədək aşağı düşüb.

Azərbaycanın ən ucqar yaşayış məntəqələrindən biri olan Qusarın Yergi Kek kəndində də 20 santimetr qar qeydə alınıb. Bu kənd dəniz səviyyəsindən 2370 metr yüksəklikdə yerləşir.