Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 792 min 708 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 950 nəfər müalicə olunaraq sağalıb, 9 min 710 nəfər vəfat edib. Aktiv xəstə sayı 48 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 587, bu günə qədər isə ümumilikdə 6 milyon 869 min 996 test icra olunub