logo

Şamaxıda “Aztelekom”un işçisini "tok" vurub öldürdü

13:33 20-05-2022 | icon 12131
Şamaxıda “Aztelekom”un işçisini "tok" vurub öldürdü

Mayın 19-u saat 10 radələrində Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində 1969-cu il təvəllüdlü Cahangir Tanrıverdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Şamaxı rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, aparılmış araşdırmalarla “Aztelekom” MMC-nin Dağlıq Şirvan Regional Telekommunikasiya Qovşağının Şamaxı şöbəsinin Çuxuryurd məntəqəsində elektrik təmirçisi vəzifəsində işləyən Cahangir Tanrıverdiyevin həmin tarixdə telefon xəttinin çəkilişini həyata keçirən zaman telefon naqilinin yüksək gərginlikli elektrik naqilinə toxunması səbəbindən elektrik cərəyanı vurması nəticəsində öldüyü müəyyən olunub.

Faktla bağlı Şamaxı rayon Prokurorluğunda araşdırma aparılır.