logo

Azərbaycanda daha 10 nəfər koronavirusa yoluxub

17:09 19-05-2022 | icon 3668
Azərbaycanda daha 10 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, sutka ərzində  ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 695 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 936 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib. 49 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 964, bu günə qədər isə ümumilikdə 6 865 181 test icra olunub.