logo

Bakıda yaşayış binasında yanğın olub

09:29 19-05-2022 | icon 7182
Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən(FHN) YeniAvropa-ya bildirilib ki, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının zirzəmisinə yığılan və istifadə olunmayan əşyalar 3 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Zirzəmi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.