logo

Litva prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

09:09 19-05-2022 | icon 6874
Litva prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Litva prezidenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri mayın 19-da başa çatıb.

YeniAvropa xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Litva prezidenti Gitanas Nausedanı və xanımı Diana Nausedieneni Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.