logo

Bu gün UEFA Avropa Liqasının final oyunu keçiriləcək

10:10 18-05-2022 | icon 5418
Bu gün UEFA Avropa Liqasının final oyunu keçiriləcək

Bu gün UEFA Avropa Liqasında 2021/2022 mövsümünə yekun vurulacaq.

YeniAvropa xəbər verir ki, final oyununda Almaniyanın "Ayntraxt" və Şotlandiyanın "Reyncers" klubları üz-üzə gələcəklər.

İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Matçı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.