Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 7 yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 792 min 680 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 921 nəfər müalicə olunaraq sağalıb, 9 min 709 nəfər vəfat edib. Aktiv xəstə sayı 50 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 110, bu günə qədər isə ümumilikdə 6 milyon 858 min 298 test icra olunub.