logo

Sabah İsveç və Finlandiya NATO-ya daxil olmaq üçün birgə müraciət edəcəklər

18:28 17-05-2022 | icon 2191
Sabah İsveç və Finlandiya NATO-ya daxil olmaq üçün birgə müraciət edəcəklər

İsveç və Finlandiya NATO-ya daxil olmaq üçün bu təşkilata mayın 18-də birlikdə müraciət edəcəklər.

YeniAvropa Avropa KİV-nə istinadla xəbər verir ki, bunu İsveçin baş naziri Maqdalena Andersson Finlandiya prezidenti Sauli Niiniestö ilə birgə mətbuat konfransında deyib. O qeyd edib ki, İsveç və Finlandiya NATO-ya üzvlük prosesini əl-ələ verərək keçmək qərarına gəliblər.

Bu gün səhər Finlandiya parlamenti ölkənin NATO-ya daxil olması barədə müraciət edilməsini dəstəkləyib. Həmçinin İsveçin xarici işlər naziri Ann Linde ölkəsinin Şimali Atlantika Alyansına qoşulması haqqında müraciəti imzalayıb.

NATO-ya yeni üzv qəbul olunması çoxmərhələli prosesdir. Buna alyansda siyasi qərarlar verən Şimali Atlantika Şurası nəzarət edir. Üzvlüyə dair müraciətə əvvəlcə şurada baxılır, onun razılığından sonra üzvlük barədə müqavilə milli səviyyədə alyansın bütün 30 üzv ölkəsi tərəfindən ratifikasiya olunmalıdır.

Lakin indiki halda Türkiyə İsveç və Finlandiyanın təşkilata daxil olmasının əleyhinədir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu ölkələr terrorçuları ekstradisiya etməkdən boyun qaçırıb və Ankaraya qarşı sanksiyalar tətbiq edib.