Baş Prokurorluq və Təhsil Nazirliyi məktəbli qızın ölməsi ilə bağlı məlumat yayıb
Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən, Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində yaşayan, 2015-ci il 10 oktyabr təvəllüdlü daun sindromlu şagird Vəliyeva Svetlana Vüqar qızının mayın 16-da həmin məktəbdə ölməsi ilə bağlı Sabunçu rayon Prokurorluğuna məlumat verilib.
Baş Prokurorluq və Təhsil Nazirliyindən YeniAvropa-ya daxil olan birgə məlumatda bildirilib ki, aparılmış ilkin araşdırma ilə Svetlana Vəliyevanın səhhətində problem yarandığından təcili tibbi yardım çağırıldığı və ona tibbi yardım göstərilməsinə baxmayaraq, mayın 16-da saat 06 radələrində vəziyyəti qəflətən ağırlaşaraq öldüyü müəyyən edilib.
Məhkəmə-tibbi ekspertin iştirakı ilə aparılan müayinə zamanı S.Vəliyevanın bədənində hər hansı xəsarət izi və zorakılıq əlamətləri aşkarlanmayıb.
Hazırda araşdırma davam etdirilir.