Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmayıb, 5 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 792 min 673 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 917 nəfər müalicə olunaraq sağalıb, 9 min 709 nəfər vəfat edib. Aktiv xəstə sayı 47 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1966, bu günə qədər isə ümumilikdə 6 milyon 855 min 188 test icra olunub.