logo

Qəbələdə ağır avtoqəza: 2 nəfər ölüb,5 nəfər xəsarət alıb

15:55 16-05-2022 | icon 9422
Qəbələdə ağır avtoqəza: 2 nəfər ölüb,5 nəfər xəsarət alıb

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, mayın 14-də saat 20 radələrində Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində rayon sakinləri Afiq Mahmudovun idarə etdiyi “VAZ-21064” və K.Xasıyevin sürdüyü “Opel” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində A.Mahmudov və sərnişini Cumar Mirzəyev hadisə yerində ölüb, xəsarət almış digər sürücü və dörd sərnişini xəstəxanaya yerləşdirilibər.

Hadisə ilə bağlı rayon polis şöbəsində araşdırmalar aparılır.