logo

Horadizdə polis özünü güllələyərək öldürüb

14:34 13-05-2022 | icon 9534
Horadizdə polis özünü güllələyərək öldürüb

Azərbaycanda polis əməkdaşı ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin(DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 13-də Füzuli rayon Polis Şöbəsinin əməkdaşı İ.Qasımov yaşadığı Horadiz qəsəbəsindəki evdə ona təhkim olunan xidməti silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən ölüb.

Faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.