logo

Ermənilər Kəlbəcər istiqamətindəki mövqelərimizi atəşə tutub

09:49 12-05-2022 | icon 3255
Ermənilər Kəlbəcər istiqamətindəki mövqelərimizi atəşə tutub

Mayın 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

 YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.