“Azərbaycan Hava Yolları”(AZAL) aviaşirkətinin “J2 255” nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarənin kapitanı Naxçıvan aeroportunun ətrafındakı tufanla əlaqədar hava limanına qayıtmaq qərarına gəlib.
YeniAvropa xəbər verir ki, bu barədə "AZAL"dan bildirilib.
Qeyd edilib ki, təyyarə saat 18:42-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.