Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 8 yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 792 min 607 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 846 nəfər müalicə olunaraq sağalıb, 9 min 709 nəfər vəfat edib. Aktiv xəstə sayı 52 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 556, bu günə qədər isə ümumilikdə 6 milyon 829 min 482 test icra olunub.