logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 841 min nəfərə çatır

21:13 04-05-2022 | icon 3248
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 841 min nəfərə çatır

Mayın 4-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 22 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 5, ikinci doza vaksinlərin sayı - 2, üç və daha çox doza vaksinlərin sayı – 15, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 0-dır.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 653 min 722, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 340 min 341, ikinci mərhələ üzrə 4 milyon 840 min 612, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 232 min 387, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 240 min 382-dir.