Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 3 yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 792 min 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 818 nəfər müalicə olunaraq sağalıb, 9 min 709 nəfər vəfat edib. Aktiv xəstə sayı 61 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 351, bu günə qədər isə ümumilikdə 6 milyon 823 min 23 test icra olunub.