Mayın 4-də Qala stansiyasından 165 kilometr cənub-şərqdə - Xəzər dənizində zəlzələ baş verib.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.Qeyd edilib ki, yerli vaxtla saat 18:37-də qeydə alınan zəlzələnin ocağı 25 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin maqnitudası 3,6-ya bərabər olub.