COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 840 min nəfəri ötür
Mayının 1-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 3 min 928 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 283, ikinci doza vaksinlərin sayı - 380, üç və daha çox doza vaksinlərin sayı - 2 min 962, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 303-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 653 min 669, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 340 min 336, ikinci mərhələ üzrə 4 milyon 840 min 600, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 232 min 351, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 240 min 382-dir.