logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 330 min nəfəri ötür

17:30 28-04-2022 | icon 3255
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 330 min nəfəri ötür

Aprelin 28-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 4 min 451 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 431, ikinci doza vaksinlərin sayı 312, üç və daha çox doza vaksinlərin sayı 3 min 429, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 279-dur.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 641 min 623, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 339 min 221, ikinci mərhələ üzrə 4 milyon 839 min 464, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 223 min 472, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 239 min 466-dır.