Aprelin 27-də saat 11 radələrində Biləsuvar rayonunun Arazbari kəndi ərazisində İmişli rayon sakini A.Qəhrəmanov idarə etdiyi “Hyundai” markalı avtomobili qarşıda gedən Cəbrayıl rayon sakini V.Yunusovun sürdüyü “Mercedes” markalı avtomobilə vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, hadisə nəticəsində hər iki sürücü və V.Yunusovun iki sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Sürəyya Hüseynova ölüb.
Biləsuvar rayon Polis Şöbəsində araşdırma aparılır.