logo

Azərbaycanda daha 13 nəfər koronavirusa yoluxub,1 nəfər ölüb

22:10 27-04-2022 | icon 4571
Azərbaycanda daha 13 nəfər koronavirusa yoluxub,1 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən bir nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 534 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 694 nəfər müalicə olunaraq sağalıb, 9 708 nəfər vəfat edib. 132 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 079, bu günə qədər isə ümumilikdə 6 805 563 test icra olunub.