logo

Teymur Musayev: "Yoluxma sayı yenidən kəskin artıra bilər"

13:53 27-04-2022 | icon 5768
Teymur Musayev: "Yoluxma sayı yenidən kəskin artıra bilər"

“Mayın 1-dən ölkədə qapalı məkanlarda tibbi maskalardan istifadə tələbi ləğv edilir, lakin pandemiya davam etdiyindən əhali ayıq-sayıq olmalıdır”.

YeniAvropa xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

“Əhalinin sıx toplaşdığı yerlərdə, qapalı məkanlarda maskadan istifadə tövsiyə olunandır. Digər qalan məhdudiyyətlərə gəlincə, bu məsələ cari epidemioloji vəziyyətdən asılıdır. Çünki məhdudiyyətlərin hamısının birdən götürülməsi koronavirus infeksiyasına yoluxma saylarının kəskin şəkildə artmasına səbəb olur.

Əsas rəqəmlər xəstəxanaya yerləşdirilən şəxslərin sayıdır. Xəstəxanaya yatış və infeksiyadan ölüm sayları diqqət edilən məqamlardandır. Ölkədə həyata keçirilən uğurlu vaksinasiya kampaniyası və tətbiq edilən əks-epidemioloji addımlar nəticəsində vəziyyət demək olar ki, stabildir. Rəqəmlər də get-gedə azalmaqdadır,” – deyən nazir virusa qarşı ayıq-sayıq olmağa çağırıb.