logo

Xaçmazda dəmir yolu stansiyasından rels oğurlayan şəxslər yaxalanıblar

14:34 25-04-2022 | icon 1764
Xaçmazda dəmir yolu stansiyasından rels oğurlayan şəxslər yaxalanıblar

Xaçmaz rayonunun Çarxı dəmir yolu stansiyası ərazisindən 17 metr uzunluğunda rels oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, oğurluqda şübhəli bilinən şəxslər - Xanlıqoba kənd sakinləri Yaşar Məmmədov və Əfqan Məmmədov oğurladıqları relsi “Belarus” markalı traktorun qoşqusunda metal qəbulu məntəqəsinə satmağa apararkən Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıblar.

Faktla bağlı polis idarəsi tərəfindən araşdırma aparılır.