logo

Rusiya Ukraynanın cənubundakı Odessanı bombaladı:ölənlər var

19:20 23-04-2022 | icon 2667
Rusiya Ukraynanın cənubundakı Odessanı bombaladı:ölənlər var

Ukraynanın cənub-qərbindəki Odessa şəhəri aprelin 23-ündə Rusiya işğalçı ordusu tərəfindən raket hücumuna məruz qalıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, raketlərdən biri yaşayış binasına düşüb, ölənlər var.

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib ki, Odessada hava hücumundan müdafiə qüvvələri düşmənin bir neçə raketini vurub, bunu yerli sakinlər də təsdiqləyir. Raketlərdən ən azı biri düşərək partlayıb. Evlərdən birinin həyətində yerli sakinlərdən biri avtomobili ilə yanıb.

Ali Radanın deputatı Oleksey Qonçarenko Odessaya raket hücumu nəticəsində 3 nəfərin öldüyünü bildirib.