logo

Qırğızıstanın xarici işlər naziri istefa verib

17:57 22-04-2022 | icon 2310
Qırğızıstanın xarici işlər naziri istefa verib

Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev istefa verib.

 YeniAvropa xəbər verir ki, bu barədə "TASS" agentliyinə  Qırğızıstan Prezidentinin Administrasiyasındakı mənbə məlumat verib. 

Bildirilib ki, Qırğızıstan prezidenti Sadır Japarov R.Kazakbayevin istefasını qəbul edib.

Xarici işlər nazirinin işdən çıxarılmasının səbəbləri göstərilmir.

Onun səlahiyyətlərini Jeenbek Kulubayev müvəqqəti icra edəcək.