Aprelin 20-də yerli vaxtla saat 22:05-də İsmayıllı stansiyasından 27 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edilib ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələ yaxın sərhəd rayonlarda hiss edilməyib.