logo

Maqsud Mahmudovun məhkəmə istintaqı başa çatıb

21:24 20-04-2022 | icon 1960
Maqsud Mahmudovun məhkəmə istintaqı başa çatıb

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında digər şahidlər dindirilib.

YeniAvropa xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Əli Mehdiyev məhkəmə ekspertizası ilə bağlı vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin etməyib.

Bildirilib ki, məhkəmə istintaqı başa çatıb. Növbəti prosesdə çıxışlar mərhələsinə başlanılacaq.

Məhkəmə iclası aprelin 25-nə təyin edilib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir