logo

Neftçalada zəlzələ olub

21:17 20-04-2022 | icon 1932
Neftçalada zəlzələ olub

Aprelin 20-də yerli vaxtla saat 20:09-da Əli-Bayramlı stansiyasından 48 km cənub-şərqdə Neftçala rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Ocağı 32 kilometr dərinlikdə yerləşən zəlzələ yaxın sərhəd rayonlarda hiss edilməyib.