Bu ilin I rübündə ölkə üzrə 8622 cinayət faktı qeydə alınıb
Aprelin 19-da Daxili İşlər Nazirliyində (DİN) mülkiyyət əleyhinə olan və əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlərin, həmçinin xırda talamaların qarşısının alınması və açılması, mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi sahəsində fəaliyyətin nəticələrinə həsr olunmuş onlayn formatda kollegiya iclası keçirilib.
DİN-in mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, iclasda çıxış edən daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müzakirəyə çıxarılan məsələlərin vətəndaş məmnunluğunun təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi baxımından aktual olduğunu və həmin istiqamətlərdə həyata keçirilən tədbirlərin müasir dövrün tələbləri nəzərə alınmaqla təkmilləşdirilməsinin və daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Bu ilin birinci rübündə əməliyyat-xidməti fəaliyyətin nəticələrini müsbət dəyərləndirən nazir V.Eyvazov bildirib ki, bu müddətdə qeydə alınmış 8622 cinayətin 86 faizinin açılması təmin olunub, qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, mülkiyyət əleyhinə olanların, o cümlədən oğurluqların, soyğunçuluqların, quldurluqların, hədə-qorxu ilə tələb etmələrin, avtonəqliyyat vasitəsini qaçırmaların açılması ötən ilin müvafiq dövrü ilə müqayisədə yaxşılaşıb. Qanunsuz dövriyyədən 1 ton 64 kiloqram narkotik vasitə çıxarıldığını qeyd edən nazir bu əməllərlə bağlı 1689 nəfərin məsuliyyətə cəlb edildiyini, habelə axtarış işinin, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan şəxslərin tutulmasının nəticələrinin yüksəldiyini, 556 nəfərdən ibarət 220 cinayətkar qrupun zərərsizləşdirildiyini diqqətə çatdırıb.
Gündəlikdəki məsələlərlə bağlı nazir müavini, Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyev, Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov, Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Nurulla Məmmədxanlı, Katibliyin rəisi, polis polkovniki Nahid Məmmədzadə və Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Vüqar Ələkbərov məruzə ediblər.
Müzakirə olunan məsələlər ətrafında bır sıra ərazi polis orqanlarının rəisləri çıxış edərək görülmüş işlər, əldə olunmuş nəticələr, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər barədə məlumat veriblər.
Kollegiya iclasına yekun vuran nazir, general-polkovnik V.Eyvazov qanunla müəyyən edilmiş vəzifələrin və qarşıya qoyulmuş tapşırıqların cari ilin birinci rübündə də layiqincə yerinə yetirildiyini, cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində əldə olunmuş müsbət nəticələrin inkişaf etdirildiyini diqqətə çatdıraraq xidməti fəaliyyətin səmərəliliyinin artırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Eyni zamanda, vətəndaş məmnunluğunun təmin edilməsinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən olduğunu xatırladan nazir cinayətlərin qarşısının alınması, açılması, hüquqazidd əməllər nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsi, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib. Həmçinin xidməti fəaliyyətdə müasir texnologiyaların tətbiqinin və idarəetmədə elektronlaşdırmanın genişləndirilməsinin zəruriliyini, hüquqi və fiziki şəxslərə məxsus obyektlərin, mənzillərin mühafizə-siqnalizasiya vasitələri ilə təmin edilməsinin, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsinin, hər bir şəxsin hüquq və azadlığının, qanuni mənafeyinin etibarlı müdafiəsinin, bütövlükdə polisin səlahiyyətinə aid vəzifələrin peşəkarlıqla yerinə yetirilməsinin vacibliyini diqqətə çatdıraraq bir sıra konkret tapşırıqlar verib.
Nazir, general-polkovnik Vilayət Eyvazov əmin olduğunu bildirib ki, daxili işlər orqanlarının şəxsi heyəti bundan sonra da qanunvericiliklə müəyyən edilmiş funksiyaları layiqincə həyata keçirəcək, ölkədə sabitliyin, əmin-amanlığın davamlılığının təmin edilməsi üçün qüvvə və bacarığını əsirgəməyəcək.
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır
Azərbaycan səfiri etimadnaməsini Putinə təqdim edib
Bakı-Sumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir
“Qarabağ” UEFA Avropa Liqasının matçı üçün Norveçə yollanıb
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edir
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib
Hazırda "bp"də 2401 nəfər Azərbaycan vətəndaşı çalışır
Əlcəzairli qadın Olimpiya çempionu kişi çıxıb
Tələbələrimiz ilk dəfə Tacikistanda təhsil alacaqlar
UEFA Avropa Liqası: “Qarabağ”ın səfər oyununa hakimi bəlli olub
Azərbaycan Şanxay Beynəlxalq İdxal Sərgisində təmsil olunur
Sabah Bakıda arabir yağış yağaca,14° isti olacaq
Paşinyanın qadın namizədi ədliyyə naziri təyin edilib