Son günlər ölkə ərazisində cənub küləyi fonunda hava şəraiti mülayim, əsasən yağmursuz keçir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, havanın temperaturu normadan 2-4.5° yüksək olub. Bu gün sabit hava şəraiti davam edəcək, lakin cənub-qərb küləyi arabir güclənəcək. Aprelin 20-də isə şimal-qərb küləyi əsəcək, axşam və aprelin 21-də güclənəcək.
Bölgələrdə aprelin 20-si gündüzdən aprelin 22-dək hava arabir yağıntılı olacaq. Əsasən şimal və qərb rayonlarında yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, sürəti arabir 15-20 metr/saniyə olacaq, ayrı-ayrı yerlərdə arabir saniyədə 25-30 metrədək güclənəcək.