Şuşada Azərbaycan və Özbəkistan şairlərinin şeir məclisi keçirilib
28 ildən sonra Ermənistan işğalından azad olunan Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada Azərbaycan və Özbəkistan şairlərinin iştirakı ilə “Məclisi Fəramuşan” şairlər məclisinin rəsmi açılışı olub.
YeniAvropa xəbər verir ki, açılış mərasimində Mədəniyyət Nazirliyinin, hər iki ölkənin Yazıçılar Birliyinin nümayəndələri, habelə şairləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan şairləri, Qarabağ ədəbi məktəbinin tanınmış nümayəndələri Molla Pənah Vaqifin məqbərəsi ziyarət olunub, şairin, habelə Xurşidbanu Natəvanın büstlərinin qarşısına gül-çiçək dəstələri qoyulub.
Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki əsrdən sonra türk dünyasının böyük elm, mədəniyyət, ədəbiyyat, poeziya mərkəzi sayılan Azərbaycan və Özbəkistan arasında bərpa olunan "Məclisi Fəramuşan" poeziya məclisi layihəsi haqqında məlumat verib, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən tədbirin əhəmiyyəti barədə danışıb.
Samir Abbasov hər iki ölkənin mədəniyyət, ədəbiyyat nümayəndələrinin tarixi Şuşa şəhərində bir araya gəlməsi, dünyaya böyük mədəniyyətimiz, sənətimiz, qardaşlığımız və birliyimizi göstərmək və ədəbiyyat sahəsində gözəl əməkdaşlıq platformasını ortaya qoymasını mühüm amil və təqdirəlayiq hal kimi dəyərləndirib. Diplomat Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin "Şuşa İli" elan olunduğunu və bu məqsədlə çoxsaylı layihələrin həyata keçirildiyini bildirib.
Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli Ermənistanın işğalından azad olunan Şuşamızın mədəni həyatının get-gedə canlandığını, azad olunan Şuşaya yenidən mədəniyyətimizin qayıtdığını qeyd edib. Prezident İlham Əliyev tərəfindən Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan olunduğunu qeyd edən A.Marifli 2023-cü ili TÜRKSOY tərəfindən Şuşanın türk mədəniyyətinin paytaxtı elan olunduğunu, türk dünyasının qəlbinin Şuşada döyünəcəyini söyləyib.
Akif Marifli keçiriləcək şairlər məclisinin əhəmiyyəti və bu kimi layihələrə Mədəniyyət Nazirliyi tərəfindən lazımi dəstəyin göstərildiyini vurğulayıb.
Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlu ədəbiyyatımızın dünyada tanıdılması ilə bağlı görülən işlərdən danışıb, ədəbiyyatın hər zaman türk dünyasının mədəni həyatında rolunun mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. S. Babullaoğlu keçirilən bu beynəlxalq tədbirin şairlərimiz arasında ədəbi əlaqələrin genişlənməsi, təcrübə mübadiləsinin aparılması, birliyimiz və həmrəyliyimiz üçün gözəl imkanlar açdığını söyləyib.
Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair Qayrat Macid xalqlarımız, dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlər, dövlət başçılarımızın uğurlu siyasəti nəticəsində dostluq və qardaşlığımızın daha da möhkəmləndiyini bildirib. O, Qarabağın, Şuşanın hər guşəsində, daşında türk mədəniyyətinin nişanələrinin göründüyünü, Şuşanın həqiqətən də zəngin mədəniyyətə, sənətə, ədəbiyyata malik olduğunu qeyd edib. Şuşada Azərbaycan xalqının zəngin mədəniyyət yaratdığını vurğulayan Qayrat Macid 2023-cü ildən türk dünyası üçün əhəmiyyətli olacağını, hər bir insanımız mədəniyyət paytaxtı, sənət məbədi olan Şuşaya həsr olunmuş tədbirlərin şahidi olacaqlar.
Açılışda filologiya elmləri üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Qarabağda XIX-XX əsrlərdə mövcud olmuş şairlər məclisinin tarixi haqqında məlumat verib.
Daha sonra "Məclisi Fəramuşan" Azərbaycan və Özbəkistan şairlərinin iştirakı ilə davam edib.
Azərbaycanın xalq şairi Nəriman Həsənzadə, şair İlqar Fəhmi, Sayman Aruz, özbək şair Qayrat Macid, tərcüməçi-ədəbiyyatşünas alim Babaxan Şərifin də iştirakı ilə Vətən, Qarabağ, ədəbiyyat, sənət, türk dünyası, birlik, həmrəylik mövzusunda şeirlər səsləndiriblər.
Qeyd edək ki, şairlər məclisinin Azərbaycan Dövlət Televiziyası tərəfindən videoçəkilişləri aparılıb və "Körpü" verilişində yayımlanacaq.
Qonaqlar səfər çərçivəsində Azərbaycan rrezidentinin Şuşa şəhəri üzrə nümayəndəliyində olub və keçirilən tədbir, mədəniyyət, ədəbiyyat sahəsində həyata keçiriləcək işlər, layihələrə dair fikir mübadiləsi aparıblar.
UEFA Çempionlar Liqası: “Qarabağ” fasiləyə 2:0 üstün hesabla yollanıb
Tehranda Putin-Ərdoğan görüşü baş tutub
UEFA Çempionlar Liqası: “Qarabağ” - “Sürix” oyunu başlayıb
İstanbulda Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin görüşü keçiriləcək
Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır -Ceyhun Bayramov
Xəzər dənizində zəlzələ olub
İlham Əliyev Türkiyənin ailə və sosial xidmətlər nazirini qəbul edib
Rəisi Ərdoğanla İran-Türkiyə əməkdaşlıq sazişi imzalaladı
Tacikistanda cinayət törədən qadın Bakıda tutuldu
Ceyhun Bayramov NATO-nun baş katibi ilə görüşüb
Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilir
Sahibə Qafarova Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri ilə görüşüb
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 362 min nəfəri ötüb
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxdu, 4 nəfər öldü
Prezident Azərbaycan Texnologiya Universitetinin rektorunu vəzifəsindən azad etdi
“Qarabağ” azarkeşlərə müraciət etdi
Bu gün UEFA Konfrans Liqasında ikinci təsnifat mərhələsinə start veriləcək
İcbari tibbi sığortaya keçən özəl tibb müəssisələrinin adları bəlli olub
Güləş komandamız tarixi uğura imza atıb
Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinə start veriləcək
6 ayda Neft Fondu 10,3 milyard manat gəlir əldə edib
Sabah Bakıda 34° isti olacaq
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Yasamalda gənc ana iki qızı ilə özünü 5-ci mərtəbədən atıb
Şeyxülislam Allahşükür Paşazadə Gürcüstana səfərə gedir