Aprelin 19-da saat 00:49-da 10 nəfər(hamısı kişi) alimentar qastrid diaqnozu ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə daxil olub.
YeniAvropa xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, həkim heyəti tərəfindən vətəndaşlara ilkin zəruri tibbi yardım göstərilib və vəziyyətləri stabil olduğu üçün ambulator müalicə üçün buraxılıblar.