logo

“Qarabağ” klubu dünya reytinqində dördüncü pillədə qərarlaşıb

15:55 18-04-2022 | icon 1939
“Qarabağ” klubu dünya reytinqində dördüncü pillədə qərarlaşıb

Öz meydanında ən çox ardıcıl qələbə qazanan komandaların siyahısı açıqlanıb.

 YeniAvropa xəbər verir ki, cədvəldə bütün dünya liqaları yer alıb.

Azərbaycan Premyer Liqasının lideri “Qarabağ” da siyahıya düşüb. Cari mövsüm evdə keçirdiyi bütün matçlarda qələbələri sıralayan Qurban Qurbanovun yetirmələri ümumilikdə 11 dəfə qonaqları xalsız yola salıblar.

Seriyası ötən mövsümün son ev matçında başlayan Ağdam klubu cari çempionatda 10 dəfə öz meydanında qalib gəlib. Bu, "Qarabağ"a dünyanın “Top-5”inə düşmək imkanı verib.

“Qarabağ” davam edən evdəki qələbə seriyasında dünya 4-cüsü adına şərikdir. İsveçin AİK klubu da eyni sayda görüşdə qonaqlara qalib gəlib.

Yalnız üç komanda daha uzun seriya ilə öyünür. Braziliya çempionatında ardıcıl 17 belə qələbə qazanan “Atletiko Mineyro” planetin ən güclü ev komandasıdır. İkinci pillənin şərikləri “Zrinski” və “Klaksvik”dir. Bu komandalar müvafiq olaraq Bosniya və Herseqovina ilə Farer adalarında ardıcıl 12 dəfə öz meydanında qələbə əldə edib.