Aprelin 15-də Zaqatala seysmoloji stansiyasından 10 kilometr cənub-şərqdə zəlzələ baş verib. Zəlzələ episentrdə 4, yaxın yaşayıs məntəqlərində 3 bala qədər hiss olunub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yerli vaxtla saat 17.02-də qeydə alınan zəlzələnin ocağı 23 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin maqnitudası 3,9-ə bərabər olub.