logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 835 min nəfəri ötür

17:18 15-04-2022 | icon 3766
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 835 min nəfəri ötür

Aprelin 15-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 7 min 549 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 659, ikinci doza vaksinlərin sayı - 521, üç və daha çox doza vaksinlərin sayı – 5 min 928, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 441-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 582 min 353, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 333 min 499, ikinci mərhələ üzrə 4 milyon 835 min 459, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 177 min 699, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 235 min 696-dır.