COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 834 min nəfəri ötür
Aprelin 14-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 7 min 603 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 552, ikinci doza vaksinlərin sayı - 538, üç və daha çox doza vaksinlərin sayı – 6 min 18, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 495-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 574 min 804, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 332 min 840, ikinci mərhələ üzrə 4 milyon 834 min 938, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 171 min 771, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 235 min 255-dir.