logo

Polşa və Baltikyanı ölkələrin dövlət başçıları Kiyevə səfərə gəlirlər

13:11 13-04-2022 | icon 2023
Polşa və Baltikyanı ölkələrin dövlət başçıları Kiyevə səfərə gəlirlər

Polşa və Baltikyanı ölkələrin (Estoniya, Latviya və Litva) dövlət başçıları Ukraynaya səfərə yola düşüblər.

YeniAvropa xəbər verir ki, bu barədə məlumatı Polşanın Prezident Administrasiyası yayıb.

Bildirilib ki, hazırda Polşa prezidenti Andjey Duda həmkarları Gitanas Nauseda (Litva), Alar Karis (Estoniya) və Eqils Levits (Latviya) ilə artıq Ukrayna ərazisindədir və paytaxt Kiyev istiqamətində hərəkət edirlər.

Bildirilib ki, səfərin məqsədi prezident Volodimir Zelenski ilə görüşmək və Ukraynaya dəstəyi ifadə etməkdir.

Prezident administrasiyasından, həmçinin bildirilib ki, səfərin təşkilatçısı Polşa tərəfidir, nümayəndə heyəti Varşavadan yola düşüb və Ukrayna ilə birlikdə bu səərin logistika və təhlükəsizlik məsələlərini təmin edir.