Aprelin 11-i saat 15 radələrində Bakı şəhərinin Suraxanı rayon sakini 1953-cü il təvəllüdlü Natalya Popovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Suraxanı rayon Prokurorluğundan YeniAvropa-ya bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin nəvəsi, 1999-cu il təvəllüdlü Murad İmanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Natalya Popovanın boğaz nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Murad İmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə istintaq davam edir.