Sabah beş qəsəbəyə suyun verilməsində məhdudiyyət tətbiq ediləcək.
YeniAvropa xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən bildirilib.
Qeyd edilib ki, yay mövsümünə hazırlıq məqsədilə aparılan profilaktik işlərlə əlaqədar aprelin 12-də gün ərzində Maştağa, Nardaran, Buzovna qəsəbələrinə, həmçinin Zabrat və Ramana qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.