Bakıda aprelin 3-də “Location” gecə klubunda baş verən partlayışda yaralananlardan daha biri dünyasını dəyişib.
YeniAvropa xəbər verir ki, hadisə zamanı ağır xəsarət alan 2001-ci il təvəllüdlü Ayxan Feyzullazadə adlı şəxs ölüb.
O, gecə klubunda ofisiant işləyirmiş.
Bununla da partlayış zamanı ölənlərin sayı 4-ə çatıb.
Xatırladaq ki, aprelin 3-də saat 03:00 radələrində Bakının mərkəzindəki "Fəvvarələr meydanı" ərazisində, Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubunda partlayış baş verib. Partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb. Aprelin 6-da 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı xəstəxanada vəfat edib. Aprelin 9-da isə klubun işçisi Gülbala Abdullayev dünyasını dəyişib.