logo

Astara sakini meşədə asılmış vəziyyətdə tapılıb

10:50 10-04-2022 | icon 1764
Astara sakini meşədə asılmış vəziyyətdə tapılıb

Astara sakini meşədə asılmış vəziyyətdə tapılıb.

YeniAvropa xəbər verir ki, hadisə rayonun Maşxan kəndində qeydə alınıb.

Kənd sakini, 1965-ci il təvəllüdlü  Natiq Mirzəhəsən oğlu Qasımovun meyiti yaxınlıqdakı meşə massivində tapılıb. Meyiti kənd sakinlərindən biri görüb və onun ailəsinə xəbər verib. 

Yaxınlarının dediyinə görə,  Natiq Qasımov  ruhi xəstə olub, bir müddət əvvəl müalicə olunsa da, müalicəsini yarımçıq saxlayıb.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.