Ötən gün İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsinə yaxın ərazidə baş verən torpaq uçqununun fəsadları aradan qaldırılıb.
YeniAvropa xəbər verir ki, dünən hündür dağlardan qopan və yola tökülən torpaq və qaya parçaları tamamilə təmizlənib.
Avtomobillərin Lahıc qəsəbəsinə, habelə Sərdahar, Müdrüsə, Əhən, Burovdal, Vaşa, Yuxarı Zərnava, Namazgah, Güyüm kəndlərinə gediş-gəlişi bərpa edilib.