Rusiyanın “Utair” aviaşirkəti Qroznıdan Bakıya müntəzəm reyslər həyata keçirəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının nəqliyyat və rabitə naziri Ramzan Çerxiqov məlumat verib.
Onun sözlərinə görə, reyslər bu ilin mayından açılacaq.
Artıq bununla bağlı “Utair” Rusiya Hava Nəqliyyatı Agentliyinə müraciət edib.
Nazir, həmçinin bildirib ki, BƏƏ, Misir və Yerevana da uçuşların bərpası ilə bağlı danışıqlar aparılır.