COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 831 min nəfəri ötür
Aprelin 8-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 8 min 588 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 629, ikinci doza vaksinlərin sayı - 717, üç və daha çox doza vaksinlərin sayı – 6 min 744, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 498-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 532 min 20, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 329 min 879, ikinci mərhələ üzrə 4 milyon 831 min 462, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 137 min 947, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 232 min 732-dir.