Bakı şəhəri Neftçilər prospektindən keçən su xəttində baş vermiş qəza ilə əlaqədar aprelin 8-də Səbail rayonunun mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.
YeniAvropa xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən bildirilib.Qeyd edilib ki, hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.